“Növbədənkənar parlament seçkiləri keçirmək fikrində deyilik”


Ermənistanın Baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkilərinə təşəbbüs göstərmək niyyətində olmadığını bildirib.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə jurnalistlərlə söhbətində qeyd edib.
“Biz növbədənkənar parlament seçkiləri keçirmək fikrində deyilik. Hökumət planlaşdırıldığı kimi işləyir”, - deyə Paşinyan bildirib.
O, bu söz-söhbətləri vətəndaşlarla “vasitəçilərsiz” aktiv ünsiyyətdə olması ilə izah edib.
Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ilin iyun ayında keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top