7 qollu görüşdə “İnter” “Barselona”nı ÇL-dən kənarlaşdırıb – Video


İtaliya çempionu “İnter” İspaniya təmsilçisi "Barselona"nı əlavə vaxtda 4:3 hesabı ilə məğlub edərək Çempionlar Liqasının finalına yüksəlib.
Yeniavaz.com
xəbər verir ki, əsas vaxtda 3:3 hesablı bərabərlik qeydə alınıb.
İtaliyalı Simone İnzaqinin rəhbərlik etdiyi komanda ilk hissədə 2:0 hesabı ilə önə keçib.
“İnter”in və dünya çempionu Argentina yığmasının hücumçusu Lautaro Martinez 21-ci dəqiqədə hesabı açıb. Türkiyə millisinin yarımmüdafiəçisi Hakan Çalhanoğlu ilk hissəyə əlavə olunmuş vaxtın ilk dəqiqəsində penaltini dəqiq yerinə yetirib.
54-cü dəqiqədə ispaniyalı müdafiəçi Erik Qarsiya top fərqini birə endirib. İspaniyalı yarımmüdafiəçi Dani Olmo isə 60-cı dəqiqədə hesabı bərabərləşdirib – 2:2. 88-ci dəqiqədə braziliyalı hücumçu Rafinya “Barselona”nın üçüncü qolunu vurub və komandasını hesabda önə keçirib.
Əlavə olunmuş vaxtın üçüncü dəqiqəsində “İnter”in italiyalı müdafiəçisi Françesko Akerbi bərabərliyi bərpa edib.
Əlavə vaxtda italiyalı yarımmüdafiəçi David Fratesi milanlıları önə çıxarıb və yekun hesabı müəyyənləşdirib – 4:3.

Xatırladaq ki, ilk oyunda 3:3 hesablı heç-heçə qeydə alınıb.
Qeyd edək ki, Çempionlar Liqasının digər finalçısı bu gün – PSJ-“Arsenal” matçından sonra bəlli olacaq. Sözügedən cütün Londonda baş tutan ilk oyununda parislilər 1:0 hesablı qələbəyə sevinmişdilər.

DİGƏR XƏBƏRLƏR

Top