
Jurnalist Ülviyyə Əli (Quliyeva) barəsində həbs qətimkan tədbiri seçilib.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bu barədə Xətai rayon Məhkəməsi qərar çıxarıb.
Onun barəsində 1 ay 29 gün müddətinə həbs-qətimkan tədbiri seçilib.
***09:06
Jurnalist Ülviyyə Əli (Quliyeva) saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələr vasitəsilə məlumat yayıblar.
Yerli KİV jurnalistin “Meydan TV” işi ilə əlaqədar saxlanıldığını yazır.
Qeyd edək ki, “Meydan TV” işi ilə bağlı indiyədək jurnalistlər – Aynur Elgünəş (Qənbərova), Natiq Cavadlı, Şəmşad Ağayev, Aytac Tapdıq (Əhmədova), Aysel Umudova, Ramin Deko (Cəbrayılzadə), Xəyalə Ağayeva, Fatimə Mövlamlı, Ülvi Tahirov və Nurlan Libre (Qəhrəmanlı) saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib.