
Rusiya məhkəməsi Ukrayna Silahlı Qüvvələrinin tərəfində muzdlu kimi döyüşən Azərbaycan, Belçika, İsveçdən olan muzdlulara hökm oxuyub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
“Azərbaycan, Belçika, İsveçdən olan əcnəbi muzdlular: Həsən Anar oğlu Məmmədov, Maksim Rocer Henri Barat və Tobias Enkvist barəsində hökm çıxarılıb. Onların hər biri 14 il müddətinə azadlıqdan məhrum edilib”, - Zaxarova bildirib.
Hər üç şəxs beynəlxalq axtarışa verilib. Onlar müharibə və digər cinayətlər törətməkdə ittiham olunurlar.