Suriya və Türkiyə elektrik enerjisi idxalına dair müqavilə imzalayacaq


Suriya yaxın gələcəkdə Türkiyədən elektrik enerjisi idxalına dair müqavilə imzalamağı planlaşdırır.
Yeniavaz.com
 SANA agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin energetika naziri Məhəmməd əl-Bəşir məlumat verib.
Suriya dövlət xəbər agentliyinin yaydığı məlumata görə, tərəflər arasında razılaşma 400 kilovoltluq elektrik xətti vasitəsilə həyata keçiriləcək. Sözügedən xətt Türkiyənin Kilis şəhəri ilə Suriyanın şimalındakı Hələb şəhərini birləşdirəcək.
Nazir Məhəmməd əl-Bəşir həmçinin bildirib ki, Suriya eyni marşrut üzrə yerləşən qaz kəməri üzərində də işləyir. Onun sözlərinə görə, bu qaz kəməri Suriyadakı elektrik stansiyalarına sutkada 6 milyon kubmetr qaz ötürmək imkanına malik olacaq ki, bu da ölkədəki enerji vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək.
Hazırda Suriya ciddi elektrik enerjisi çatışmazlığı ilə üzləşir. Rəsmi Dəməşq zaman-zaman Körfəz ölkələri də daxil olmaqla müxtəlif tərəfdaşlarla enerji və qaz təchizatı sahəsində əməkdaşlıq etdiyini bəyan edib.
Məlumat üçün onu da bildirək ki, Azərbaycan Baş nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyət Suriyada rəsmi səfərdədir. Nümayəndə heyətinin tərkibində “AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayev də iştirak edir.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti bu gün Suriya Prezidenti Əhməd Əl-Şara və Suriya İqtisadiyyat və Sənaye naziri Məhəmməd Nidal Əl-Şaar ilə də görüş keçirib.

DİGƏR XƏBƏRLƏR

Top