Türkiyədə 4 mobil telefon modelinin satışı qadağan edildi


Türkiyə Ticarət Nazirliyi tərəfindən Təhlükəli Məhsul Məlumat Sistemi (GÜBİS) üzərindən yayımlanan son açıqlamaya əsasən, bazarda olan dörd mobil telefon modelinin satışına qadağa qoyulub.
Yeniavaz.com
xəbər verir ki, qərarın səbəbi həmin məhsulların Radio Avadanlıqları Qaydasının 5-ci maddəsində göstərilən əsas tələblərə cavab verməməsidir.
Nazirliyin məlumatında bildirilir ki, bu modellər yalnız satışdan çıxarılmır, eyni zamanda geri çağırma prosesinə də cəlb olunub. Bu günə qədər satılan məhsullar da geri qaytarıla bilər.
Qadağan edilən modellər arasında İstanbul birjasında satışı həyata keçirilən, “Reeder” markasına aid olan “S19 Max Pro S Zoom” mobil telefonu da yer alır. Digər geri çağırılan məhsullar isə bunlardır:
“Dijitsu” brendindən “DCT 90” model mobil telefon,
“Hiking” brendindən “X11” model mobil telefon,
“Hiking” brendindən “X9” model mobil telefon.
Ticarət Nazirliyi istehlakçılara bu modelləri istifadə etməməyi və geri qaytarma prosesinə qoşulmağı tövsiyə edir.

DİGƏR XƏBƏRLƏR

Top