Özələ hücum edən şəxs daha əvvəl iki övladını öldürüb – KİV


Xəbər verdiyimiz kimi, Türkiyənin aparıcı müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının lideri Özgür Özəl hücuma məruz qalıb.
Yeniavaz.com
xəbər verir ki, hücum zamanı özünü “Osmanlı torunu” kimi təqdim edən 66 yaşlı Qaziantep sakini Səlcuq Təngioğlu ilə bağlı maraqlı məlumatlar ortaya çıxıb.
Türkiyə mətbuatında dərc olunan məlumata görə, o, heç bir siyasi partiyanın üzvü deyil. Bununla belə, Təngioğlunun sosial media hesablarında vaxtaşırı radikal və təxribat xarakterli məzmunlara yer verdiyi, siyasi yazılar paylaşdığı müəyyən edilib.
İstanbul Polis İdarəsindən əldə edilən məlumata görə, sözügedən şəxs 2004-cü ildə Hatayın İskenderun rayonunda Barış (19) və Mutlu (17) adlı iki oğlunu güllələyərək qətlə yetirib. Bildirilir ki, həmin ailə faciəsi zamanı o, daha bir övladına odlu silahla xəsarət yetirib. Hadisədən sonra bir müddət həbsdə qalan Təngioğlunun daha sonra sərbəst buraxıldığı ortaya çıxıb.
Türkiyə ictimaiyyəti hazırda daha əvvəl qanlı cinayətlər törətmiş sözügedən şəxsin necə azadlıqda olmasını araşdırır.

Səlcuq Təngioğlu

DİGƏR XƏBƏRLƏR

Top