
İspaniya çempionatının 34-cü turunda lider “Barselona” sonuncu pillədə qərarlaşan “Valyadolid”in qonağı olub.
Yeniavaz.com xəbər verir ki, 6-cı dəqiqədə meydan sahiblərinin ispaniyalı yarımmüdafiəçisi İvan Sançes hesabı açıb.
İkinci hissədə alman Hans-Diter Flikin rəhbərlik etdiyi komandanın heyətində braziliyalı hücumçu Rafinya və ispaniyalı yarımmüdafiəçi Fermin Lopez Martin fərqlənib.
Bundan sonra görüş başa çatanadək heç kim fərqlənməyib və görüş bu hesabla başa çatıb – 1:2.
Qeyd edək ki, bu, “Barselona”nın 2024-2025 Laliqa mövsümündə 8-ci geridönüşüdür. Belə ki, bu mövsüm ərzində “Kataloniyalılar” 8 dəfə hesabda geri düşsələr də oyunu qələbə ilə başa vura biliblər.
“Barselona” 79 xalla turnir cədvəlinə başçılıq edir və bir oyun az keçirən, ikinci yerdə qərarlaşan “Real Madrid”i 7 xal qabaqlayır. “Valyadolid” isə 16 xalla sonuncudur.