ABŞ-yə səfərini yarıda qoydu


Serbiya Prezidenti Aleksandar Vuçiç səhhətində yaranan problemlərə görə ABŞ-yə səfərini yarıda qoyaraq Serbiyaya qayıtmaq qərarına gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Tanjuq” agentliyi məlumat yayıb.
Məlumata görə, Vuçiç ABŞ-yə səfəri zamanı qəfildən özünü pis hiss edib. Müayinədən sonra o, Serbiyaya qayıtmaq qərarına gəlib.
Səfər zamanı Vuçiç Nyu-Yorkun keçmiş meri Rudolf Culiani, həmçinin İllinoys ştatının sabiq qubernatoru Rod Blaqoyeviç və ABŞ-dəki serbiyalı iş adamları ilə danışıqlar aparmağa müvəffəq olub. Lakin ABŞ Prezidenti Donald Trampla görüş baş tutmayıb.
Agentliyin məlumatına görə, Serbiya liderinin administrasiyası yaxın günlərdə bu hadisəyə münasibət bildirəcək.

DİGƏR XƏBƏRLƏR

Top