
“Bavariya”nın mərkəz müdafiəçisi Erik Dayer cari mövsümün sonunda klubu tərk edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb.
Daha əvvəl ingilis futbolçunun karyerasını “Monako”da davam etdirə biləcəyi bildirilib.
Qeyd edək ki, 31 yaşlı Dayer keçən iyun ayında daimi əsasda “Bavariya”ya keçib. Bu mövsüm o, bütün turnirlərdə 25 oyun keçirib, iki qol vurub və bir məhsuldar ötürmə edib. “Transfermarkt” internet portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 8 milyon avrodur.