Bütün dünyada ərzaq qiymətləri qalxıb


Dünya bazarında ərzaq qiymətlərinin məcmu göstəricisi mart ayı ilə müqayisədə 1% bahalaşıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb.
“FAO-nun Ərzaq Qiymətləri İndeksi 2025-ci ilin aprel ayında orta hesabla 128,3 bənd təşkil edib ki, bu da mart ayından 1,2 bənd (1%) çoxdur”, - məlumatda deyilib.
Təşkilat, aprel ayında taxıl qiymət indeksinin dəyərinin 111 bal olduğunu bildirib:
“Bu, mart ayı göstəricisindən 1,3 bənd (1,2%) çoxdur. Süd məhsullarının qiymət indeksi 3,5 bənd (2,4%) artaraq 152,1 olub.
Ətin qiymətləri də xeyli artıb. İndeks apreldə 3,7 bənd (3,2%) artaraq 121,6-ya yüksəlib. 
Bununla yanaşı, şəkərin qiymət indeksi mart ayı ilə müqayisədə 4,1 bənd (3,5%) azalaraq 112,8-ə düşüb. Bu vəziyyət qeyri-müəyyən qlobal iqtisadi mənzərə və onun qida sənayesindən tələbata potensial təsiri ilə bağlı narahatlıqlarla bağlıdır.
Aprel ayında həmçinin bitki yağlarının qiymət indeksi azalıb (3,7 bənd və ya 2,3%). Bu, 158 bal təşkil edib. FAO-nun fikrincə, əsas səbəb tədarükün artması səbəbindən palma yağının qiymətinin düşməsidir”.
 

DİGƏR XƏBƏRLƏR

Top