Erik ten Haqın rəhbərlik edəcəyi klub məlum oldu


Hollandiyalı mütəxəssis Erik ten Haq “Bayer Leverkuzen” klubuna rəhbərlik etməyə yaxındır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Almaniyanın “Kicker” nəşri mənbəyə istinadla məlumat yayıb.
Mənbənin məlumatına görə, “Bayer”in baş məşqçisi Xabi Alonso tezliklə “Real Madrid”də fəaliyyətə başlayacaq. Erik ten Haq isə klubun baş məşqçi postunda öz yerini tutacaq.
Məlumata görə, ten Haqla “Bayer” arasında danışıqlar artıq inkişaf mərhələsindədir.
Qeyd edək ki, 2024-2025-ci il mövsümü başlamazdan əvvəl “Mançester Yunayted” Erik ten Haqla müqaviləni 2026-cı ilin yayına qədər uzadıb. Ancaq 2024-cü ilin oktyabrında klub rəhbərliyi hollandiyalı mütəxəssislə yollarını ayırıb. KİV-in məlumatına görə, ten Haqın müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə görə kompensasiya xərcləri təxminən 23 milyon avro təşkil edib.
Təcrübəli baş məşqçi bu günə kimi klubsuz qalıb.

DİGƏR XƏBƏRLƏR

Top