“Onları bir araya gətirməyə çalışacağıq” – Vens Rusiya-Ukrayna barədə


“Müharibəyə son qoymaqla bağlı Rusiya ilə Ukraynanın mövqeləri arasında böyük uçurum var və Ağ Ev onları bir-birinə yaxınlaşdırmağa çalışacaq”.
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti C.D.Vens Donald Trampın prezidentliyinin növbəti 100 gününə həsr olunmuş “Fox News Digital” telekanalına müsahibəsində deyib.
Söhbət zamanı Vensdən Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün danışıqların hansı mərhələdə olduğu soruşulub. ABŞ vitse-prezidenti cavab verib ki, münaqişənin həlli üçün ilk və zəruri addım hər bir tərəfin sülh planlarının nədən ibarət olduğunu öyrənməkdir:
“Və bu artıq baş verib. Ukraynalılar dedilər: “Bizim istədiyimiz budur”. Ruslar “Bizim istədiyimiz budur” dedi və indi diplomatik iş iki tərəfi bir araya gətirməyə çalışmaqdır, çünki rusların istədikləri ilə ukraynalıların istədikləri arasında çox böyük uçurum var!.
İndi, vitse-prezidentin sözlərinə görə, Tramp administrasiyası Moskva ilə Kiyev arasında danışıqları təşkil etməyə çalışacaq:
“Beləliklə, bizim ilk addımımız var. Bizim sülh təklifimiz var və biz növbəti 100 gün ərzində bu adamları bir araya gətirməyə çalışmaq üçün çox çalışacağıq”.

DİGƏR XƏBƏRLƏR

Top