
“Mançester Siti” “Portu”nun 25 yaşlı qapıçısı Dioqo Kostanı almaq variantını araşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Bildirilib ki, klub 31 yaşlı qapıçı Edersonun gələcəyi ilə bağlı yenidən qeyri-müəyyənlik fonunda potensial əvəzetmə ilə marağlanırlar.
Ederson keçən yay Səudiyyə Ərəbistanı Pro Liqasına keçməyə yaxın idi və Braziliya millisinin bu mövsümün sonunda daha çox təklif alacağı gözlənilir. Onun bu yay Səudiyyə Ərəbistanı çempionatında iştirak etməkdə maraqlı olduğu bildirilir.
Edersonun “Siti” ilə müqaviləsi 2026-cı ilə qədərdir, lakin transfer qiyməti qənaətbəxş olarsa, klub onun gedişinə sanksiya verməyə hazırdır.