
Şirkətlərin səhmlərinin dəyəri əsasında hesablanan “Bloomberg Milyarderlər İndeksi”nə əsasən, Rusiyanın ən varlı iş adamlarının sərvəti ilin əvvəlindən 14,975 milyard dollar artıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
“Bloomberg Milyarderlər İndeksi”nə əsasən, ilin əvvəlindən Rusiyanın ən böyük dəmir filizi istehsalçısı “Metalloinvest”in səhmdarı Əlişir Usmanov 3,64 milyard dollar qazanıb və onun sərvəti 16,9 milyard dollar artıb.
“EvroXim” və SUEK-in həmtəsisçisi Andrey Melniçenkonun sərvəti isə 2,52 milyard dollar artaraq, 22,7 milyard dollara çatıb.
Ən böyük itkiyə NLMK-nın Direktorlar Şurasının sədri Vladimir Lisin məruz qalıb. Belə ki, onun sərvəti 2,3 milyard dollar azalaraq 23,5 milyard dollar olub.
Qeyd edək ki, 2012-ci ilin martından agentlik planetin ən varlı 500 adamının sərvətləri haqqında məlumatların yer aldığı “Bloomberg Milyarderlər İndeksi”ni dərc edir.