FHN Kəmaləddin Heydərovun oğluna məxsus obyektin istismarına icazə verdi


Fövqəladə Hallar Nazirliyi (FHN) Heydərov Tale Kəmaləddin oğlunun sifarişi əsasında Qəbələ rayonu, Qəbələ-İsmayıllı yolunun 1,8 kilometrliyində inşa olunan obyektin istismarına icazə verib.
Yeniavaz.com
xəbər verir ki, ümumi sahəsi 1 094,25 kvadratmetr olan bina 3 mərtəbədən ibarətdir.
Qeyd edək ki, FHN inzibati binaya 14 aprel 2025-ci il tarixli 06152 nömrəli istismara hazırlıq rəyi verib.
Məlumat üçün bildirək ki, 3 mərtəbəli obyektin sifarişçisi olan Tale Heydərov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun böyük oğludur.
Tale Heydərov özünün sosial şəbəkə hesabında bildirib ki, o hazırda “Avropa Azərbaycan Məktəbinin”, “TEAS Nəşriyyat Evinin” və “Libraff” kitab mağazalarının sahibidir. Tale Heydərov eyni zamanda qeyd edir ki, o “Gilan Holdinq”in İdarə heyətinin sədridir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top