Qəzzada ölü və yaralıların ümumi sayı 170 mini keçib


İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində ən azı 35 fələstinli ölüb, 109 fələstinli yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı anklavın Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb.
Səhiyyə Nazirliyi həmçinin qeyd edib ki, dağılmış binaların dağıntıları altında və anklavın yollarında ölənlərin sayı naməlumdur, təcili yardım qruplarının onlara çıxışı yoxdur.
Nazirlik İsrailin bölgədə döyüşləri bərpa etməsindən sonra 595-i uşaq olmaqla 2308 nəfərin öldürüldüyünü, 5973 nəfərin yaralandığını bildirib.
2023-cü ilin oktyabrında gərginləşən İsrail-Fələstin münaqişəsindən sonra ən azı 52 min 400 fələstinli ölüb, 118 min 14 fələstinli yaralanıb.
Nazirlik onu da qeyd edib ki, meyitlərinin dağıntılar altında qaldığı ehtimal edilən bir neçə min nəfər itkin düşmüş hesab olunur.

DİGƏR XƏBƏRLƏR

Top