
İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində 50-dən çox fələstinli ölüb, 110-dan çox fələstinli yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, son 24 saat ərzində Qəzza zolağında 51 nəfər ölüb, 113 nəfər yaralanıb.
Səhiyyə Nazirliyi həmçinin qeyd edib ki, dağılmış binaların dağıntıları altında və bölgənin yollarında ölənlərin sayı naməlumdur, təcili yardım qruplarının onlara çıxışı yoxdur.
Nazirliyin məlumatına görə, 2023-cü il oktyabrın 7-dən İsrailin bölgədəki hərbi əməliyyatları nəticəsində ən azı 52 365 fələstinli ölüb, 117 905 fələstinli isə yaralanıb.
2025-ci il martın 18-dən bəri ölənlərin sayı 2273-ə, yaralananların sayı 5864 nəfərə çatıb.