
Son 10 il ərzində Azərbaycanda kişilərin orta çəkisi 1,7 kq, qadınların orta çəkisi isə 1 kq artıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, 2015-ci ildə Azərbaycanda kişilərin orta çəkisi 72,1 kq, qadınların orta çəkisi isə 65,1 kq olduğu halda, ötən il kişilərin orta çəkisi 73,8 kq, qadınların orta çəkisi isə 66,1 kq olub.
Ümumiyyətlə son 10 ildə həm kişilərin, həm də qadınların çəkisi ən yüksək səviyyəyə ötən il çatıb.
Ötən il Azərbaycanda kişilərin 4,3%-i, qadınların isə 5,5%-i artıq çəkiyə sahib olublar.
Nəticədə son 10 ildə artıq çəkisi olan kişilərin və qadınların da sayı ən yüksək səviyyəyə çatıb.
Son 10 ildə kişilərin boyu 0,3 sm artıb, qadınların boyu isə 0,1 sm azalıb.
Ötən il Azərbaycanda kişilərin orta boyu 171,5 sm, qadınların orta boyu isə 163,7 sm olub.

Murad Məmmədov