Ermənilərin dağıtdığı kəndi bu şirkət 124 min manata sökəcək


Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun keçirdiyi tender müsabiqələrinin qalibi “Turan.İ.O” MMC (VÖEN – 1305792441) şirkəti olub.
Yeniavaz.com
xəbər verir ki, MMC Cəbrayıl rayonunda 1042 ailəlik (ikinci mərhələdə 407 ailəlik) Şükürbəyli kənd məntəqəsinin salınması ilə əlaqədar mövcud dağılmış, sökülmüş binaların və digər tikililərin söküntüsü işlərini həyata keçirəcək və qarşılığında 124 min 422 manat 47 qəpik alacaq.
Məlumat üçün bildirək ki, Şükürbəyli kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub və Azərbaycan Ordusu 2020-ci il oktyabrın 4-də kəndi işğaldan azad edib. İşğal dövründə işğalçılar kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Qeyd edək ki, 2018-ci ildə dövlət qeydiyyatına alınan və nizamnamə kapitalı 10 manat olan “Turan.İ.O” MMC -nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, ev 10, m. 46-da yerləşir. MMC-nin qanuni təmsilçisi Sadıxov Orxan Soltan oğludur.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top