“Putin atəşkəsi dəstəkləyir, lakin bəzi nüansları həll etmək lazımdır”


“Rusiya Prezidenti Vladimir Putin uzunmüddətli atəşkəsin yaradılmasının tərəfdarıdır, lakin ilk növbədə onun sadaladığı bir sıra nüanslar həll edilməlidir”.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərin ABŞ Prezidenti Donald Trampın Rusiya liderinin onu yubatdığını və atəşkəsdə maraqlı olmadığı barədə suallarını cavablandırarkən deyib.
“Sizə xatırladıram ki, Kremldə mətbuat konfransında çıxış edən prezident Putin deyib ki, o, bu təşəbbüsü - atəşkəsin yaradılmasını dəstəkləyir, lakin buna getməzdən əvvəl bir sıra suallara cavab vermək və bir sıra nüansları həll etmək lazımdır”, -  Kremlin sözçüsü bildirib.

DİGƏR XƏBƏRLƏR

Top