“600-ə yaxın Şimali Koreya əsgəri Ukraynada həlak olub” – KİV


“Cənubi Koreya kəşfiyyatının məlumatına görə, Rusiya tərəfində döyüşmək üçün göndərilən 600-ə yaxın Şimali Koreya əsgəri həlak olub”.
Yeniavaz.com
“Reuters”ə istinadən xəbər verir ki, ölkənin kəşfiyyat rəsmiləri bu məlumatı Cənubi Koreya parlamentinin üzvlərinə təqdim ediblər.
Bildirilib ki, Şimali Koreya hərbi kontingentinin ümumi itkiləri (bərpa oluna bilən və bərpa oluna bilməyən) 4,7 min nəfər olaraq qiymətləndirilir.
Qeyd edilib ki, ölənlər KXDR-dən hərbçilərin göndərildiyi Kursk vilayətində kremasiya edilib.
Cənubi Koreya kəşfiyyatı əlavə edib ki, Rusiya tərəfində müharibədə iştirak edən altı ay ərzində Şimali Koreya ordusunun döyüş qabiliyyəti xeyli artıb; xüsusilə yeni silah növlərini, o cümlədən pilotsuz təyyarələri mənimsəyiblər.
Qeyd edək ki, ümumilikdə, KXDR, Cənubi Koreya səlahiyyətlilərinin məlumatına görə, təxminən 15 min insanı müharibəyə göndərib.

DİGƏR XƏBƏRLƏR

Top