
“Rusiya Prezidenti Vladimir Putinin 9 May Qələbə Gününə qədər atəşkəs təklifi Kiyevlə ilkin şərt olmadan birbaşa danışıqların başlanğıcıdır”.
Yeniavaz.com xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Braziliyada keçirdiyi mətbuat konfransında deyib.
“Prezident Putinin səsləndirdiyi təklifimiz ilkin şərt olmadan birbaşa danışıqların başlanğıcıdır. Bu vəziyyətdə atəşkəs Kiyev rejiminə daha çox dəstək vermək və onun hərbi potensialını gücləndirmək üçün istifadə olunacaq danışıqlar üçün ilkin şərt kimi qiymətləndirilir. Rusiya 30 günlük atəşkəs rejiminə vicdanla riayət olunması üçün vicdanlı monitorinq imkanlarını görmür. Cəmi bir ay əvvəl onlar heç bir atəşkəsi qəbul etməyəcəklərini deyirdilər, lakin indi Ukrayna rejiminin geri çəkildiyi yerdə baş verənlər fonunda Kiyev rejimi heç bir şərt irəli sürmədən atəşkəs tələb edir”, - Rusiya XİN rəhbəri bildirib.
Xatırladaq ki, Vladimir Putin aprelin 28-də bəyan edib ki, Rusiya qoşunları Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi şərəfinə mayın 8-i gecə yarısından 11-i gecə yarısına kimi bütün hərbi əməliyyatları dayandıracaq. Buna cavab olaraq Ukrayna Prezidenti Volodimir Zelenski ən azı 30 gün atəşkəs təklif edib.