“İspaniyada elektrik enerjisinin kəsilməsi nəticəsində 5 nəfər ölüb” – KİV


Aprelin 28-də İspaniyada elektrik enerjisinin kəsilməsi nəticəsində azı 5 nəfər həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “El Pais” məlumat yayıb.
Polis Alsira (Qalisiya) əyalətində bir ailənin üç üzvünün - kişi, qadın və onların oğlunun ölümünü araşdırır. Onların meyiti aprelin 29-da səhər saatlarında aşkar edilib.İlkin məlumata görə, onlar nasaz generatorun dəm qazından nəfəs aldıqdan sonra ölüblər.
Alsira şəhərində (Valensiya) 46 yaşlı qadın oksigen təchizatının işləməməsi səbəbindən dünyasını dəyişib.
Bundan əlavə, Madridin Karabançel rayonunda yanğın zamanı ölən qadının meyiti tapılıb. Ehtimal olunur ki, yanğına şam səbəb olub.
Xatırladaq ki, İspaniya və Portuqaliyada aprelin 28-də gün ərzində elektrik enerjisi kəsilib, dəmir yolu nəqliyyatı dayandırılıb, yüzlərlə aviareys ləğv edilib, mağazalar və xəstəxanalar fəaliyyətini dayandırıb. Elektrik enerjisinin hansı səbəbdən kəsildiyi məlum deyil.

DİGƏR XƏBƏRLƏR

Top