
Hindistan öz hava məkanını Pakistan daşıyıcıları üçün bağlamağı və Pakistan gəmilərinin Hindistan limanlarına çıxışını qadağan etməyi planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Economic Times” qəzeti hökumətdəki mənbələrə istinadla məlumat yayıb.
Nəşrin qeyd etdiyi kimi, bu halda Pakistan Cənub-Şərqi Asiyaya uçuşlarını həyata keçirmək üçün Çin və ya Şri-Lankadan keçən təyyarələrin marşrutunu dəyişməli olacaq.
Belə ki, dövlətə məxsus “Pakistan International Airlines” şirkəti Sinqapur və Tailanddan başqa, Kuala Lumpur və digər Malayziya şəhərləri də daxil olmaqla dünyanın bu hissəsindəki bir neçə istiqamətə daxil olmaq üçün Hindistanın hava məkanından istifadə edir.