Qəzzada 65 min uşaq qida çatışmazlığına görə xəstəxanalardadır


Qəzza zolağında 65 mindən çox uşaq ağır qida çatışmazlığı səbəbindən xəstəxanaya yerləşdirilməli olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qəzza hökumətinin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən “Al Masirah” telekanalı məlumat yayıb.
Bildirilib ki, hər gün təxminən 1,1 milyon fələstinli uşaq aclıqdan əziyyət çəkir və 65 mindən çoxu kəskin qida çatışmazlığı səbəbindən xəstəxanalara yerləşdirilib.
Xatırladaq ki, bir müddət əvvəl Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) də Qəzza zolağında İsrailin martın 2-dən etibarən qüvvədə olan humanitar yardım qadağası səbəbindən ağır vəziyyətə diqqət çəkib.
Qeyd edək ki, martın 2-də İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağına humanitar yardımın dayandırıldığını və bütün keçid məntəqələrinin bağlandığını elan edib. İsrail tərəfinin fikrincə, bu addım Fələstinin HƏMAS hərəkatının ABŞ-nin xüsusi nümayəndəsi Stiven Uitkoffun anklavda atəşkəsin uzadılması planını qəbul etməməsi səbəbindən atılıb.
Martın 18-də İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edərək, anklav ərazisinə kütləvi zərbələr endirib və bununla da bu ilin yanvarında yaradılmış atəşkəsi pozub.

DİGƏR XƏBƏRLƏR

Top