London marafonunda rekord göstərici – 60 min adam bitirdi


London marafonunda finişə çatanların sayına görə dünya rekordu qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Guardian” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, aprelin 27-də Böyük Britaniyanın paytaxtında baş tutan yarışı ümumilikdə 60 minə yaxın insan başa vurub. Bu, 2024-cü ilin noyabrında Nyu-York şəhər marafonunda müəyyən edilmiş əvvəlki dünya rekordunu üstələyib. Həmin vaxt finiş xəttini 55 646 nəfər keçib.
“The Guardian” London marafonunun direktoru Hyu Breşerə istinadən qaçışçıları dəstəkləməyə gələnlərin sayının da rekord olduğunu bildirib. Ümumilikdə bazar günü magistral yol boyu 800 minə yaxın insan düzülüb ki, bu da adi haldan 60 min nəfər çoxdur. Bu qismən havanın yaxşı olması ilə bağlı olub.
Qeyd edək ki, kişilərin yarışının qalibi keniyalı Sebastian Save (2 saat 2 dəqiqə 27 saniyə), qadınların yarışında isə efiopiyalı Tiqist Assefa (2 saat 15 dəqiqə 50 saniyə) qalib gəlib.

DİGƏR XƏBƏRLƏR

Top