Qəzzada ölənlərin 65%-dən çoxu qadınlar, uşaqlar və qocalardır


“2023-cü il oktyabrın 7-dən Fələstin-İsrail münaqişəsinin yeni raundu zamanı Qəzza zolağında İsrailin hərbi əməliyyatları nəticəsində öldürülən fələstinlilərin 65%-dən çoxu qadınlar, uşaqlar və qocalar olub”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı Qəzza hökumətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Qeyd edilib ki, ümumilikdə, bu müddət ərzində anklavda 52 243 nəfər həlak olub. Hesabatda onların 18 mindən çoxu uşaq, 12,4 mindən çoxu qadındır:
“İsrail 2180 fələstinli ailəni qətlə yetirib (ata, ana və bütün ailə üzvləri), daha 5070 ailəni qismən qətlə yetirib (hər birində yalnız bir nəfər sağ qalıb). İsrailin hərəkətləri nəticəsində 1400-dən çox fələstinli həkim və tibb işçisi, 113 mülki müdafiə əməkdaşı, 212 jurnalist və media işçisi öldürülüb".

DİGƏR XƏBƏRLƏR

Top