
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi olan “Construction Business Group” MMC (VÖEN – 1404804151) nazirliyin sifarişi əsasında Sədərək rayonu, Heydərabad qəsəbəsi, 3-cü küçə 3 ünvanında yerləşən Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin və Sosial Xidmətlər Agentliyinin rayon sektorunun inzibati binasının əsaslı təmir işlərini həyata keçirəcək.
Sədərək rayonu, Heydərabad qəsəbəsi, 3-cü küçə 3 ünvanında yerləşən 2 mərtəbəli binanın əsaslı təmiri üçün nazirlik qalib şirkətə 413 min 932 manat 81 qəpik ödəyəcək.
Qeyd edək ki, nizamnamə kapitalı 1 120 manat olan “Construction Business Group” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov 3 MKR, ev 9, m. 21-də yerləşir. MMC-nin qanuni təmsilçisi Babayev Elmir Vaqif oğludur.
Elnur Əli