
Rusiya Silahlı Qüvvələri mayın 8-i gecə yarısından 11-i gecə yarısına kimi humanitar səbəblərdən hərbi əməliyyatları dayandıracaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin qərar imzalayıb.
“Humanitar mülahizələrə əsaslanaraq, Qələbənin 80-ci ildönümü günlərində – mayın 7-dən 8-nə keçən gecədən başlayaraq 10-dan 11-ə keçən gecəyə qədər Rusiya tərəfi atəşkəs elan edir”, - Kremlin bəyanatında deyilir.
Qeyd olunub ki, bu müddət ərzində bütün hərbi əməliyyatlar dayandırılacaq.