“Kızıl Goncalar”ın final çəkilişləri bitdi – “Cüneyd” imicini dəyişdi


İki mövsümdür “NOW TV”də yayımlanan və heyətində Özgü Namal, Özcan Deniz, Mert Yazıcıoğlu kimi məşhur aktyorların yer aldığı “Kızıl Goncalar” serialı mayın 5-də final bölümü ilə son dəfə izləyicilərinin görüşünə gələcək.
Yeniavaz.com
xəbər verir ki, 47-ci bölümü ilə ekranlarla vidalaşacaq serialın son çəkilişləri ötən günlərdə tamamlanıb.
Serialda “Cüneyd” obrazını canlandıran Mert Yazıcıoğlu da çəkilişlər bitər-bitməz bərbərxanaya gedərək, saç və saqqalını kəsdirib.
Pərəstişkarları ilə çəkdirdiyi foto sayəsində imic dəyişikliyi üzə çıxan aktyorun yeni görünüşü izləyicilərini iki “cəbhə”yə bölüb.
Bəziləri Mert Yazıcıoğlunun bu imic dəyişikliyini “Bütün hallarda yaraşıqlıdır”, bəziləri isə “Saqqal ona yaraşırdı” - deyə şərh edib.

DİGƏR XƏBƏRLƏR

Top