
Fransanın Ales şəhəri yaxınlığındakı Həzrəti Xədicə məscidində bir müsəlmanı bıçaqlayaraq öldürən şübhəli şəxs İtaliyanın Pistoya şəhərində polis bölməsinə təslim olub.
Yeniavaz.com “TRT Haber”ə istinadən xəbər verir ki, Ales şəhəri prokurorluğu cinayəti törədən şübhəli şəxsin dünən axşam yerli vaxtla saat 23:00 radələrində Pistoya polis bölməsinə gəldiyini və orada saxlanıldığını açıqlayıb.
Prokurorluğun məlumatına görə, şübhəli şəxsin Fransaya göndərilməsi gözlənilir.
Qeyd edək ki, hadisə aprelin 25-də yerli vaxtla səhər saat 8:30 radələrində baş verib. Öldürülən şəxsə 40-50 bıçaq zərbəsinin vurulduğu bildirilib. Hadisənin yaşandığı anlar məscidin təhlükəsizlik kameralarına düşüb.
Bildirək ki, Prokurorluğun yaydığı məlumatda öldürülən şəxsin hər həftə cümə namazından əvvəl məscidi könüllü olaraq təmizləməyə gələn 24 yaşındakı gənc olduğu deyilib.