Manatın insanların “cibində” qalma müddəti azalıb


Bu ilin mart ayında milli valyutanın – manatın dövretmə sürəti 3,36 olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumatı Mərkəzi Bank açıqlayıb.
Qeyd edək ki, fevral ayında manatın dövretmə sürəti 3,23 səviyyəsində olub.
Məlumat üçün bildirək ki, manatın dövretmə sürəti — milli valyutanın nə qədər tez-tez xərclənib yenidən dövriyyəyə qayıtdığını göstərən göstəricidir.
Mart ayında dövretmə sürətinin 3,36 olması o deməkdir ki, hər bir manat orta hesabla 3,36 dəfə əl dəyişdirib və iqtisadiyyatda xərclənib.
Manatın dövretmə sürətinin artması, ölkədə insanların pullarını “ciblərində” daha az müddət saxlayıb daha tez xərcləməsi ilə bağlıdır.
Mart ayında bu artım, əsasən Novruz bayramı alış-verişi və qiymət artımı (inflyasiya) ilə əlaqələndirilir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top