Yüksək vəzifəyə təyin edilən Samir Hümbətov kimdir?


İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədrinə yeni 1-ci müavin təyin edilib.
Yeniavaz.com
xəbər verir ki, bu vəzifə Samir Hümbətova həvalə olunub.
Qeyd edək ki, Samir Hümbətov indiyə qədər sədrin müavini olub və 1-ci müavin postunda Maliyyə Nazirliyinin aparat rəhbəri təyin olunan Natiq Həsənovu əvəz edib.
Samir Hümbət oğlu Hümbətov 1978-ci ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan olub.
1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2004-cü ildə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.
İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun dissertantıdır.
2002-2017-ci illərdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunda məsləhətçi, aparıcı məsləhətçi və şöbə müdiri vəzifələrində çalışıb.
2018-ci ildə Azərbaycan İpoteka Fondu Açıq Səhmdar Cəmiyyətində İdarə Heyəti sədrinin müşaviri, şöbə rəisi vəzifələrində çalışıb.
2019-2021-ci illərdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə medalı” ilə təltif olunub. Dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcəsi vardır.
2021-2025-ci illərdə Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.
Evlidir, 1 övladı var.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top