ABŞ-dən Rusiya-Ukrayna sülh prosesinə dair açıqlama


ABŞ dövlət katibi Marko Rubio NBC telekanalına verdiyi müsahibədə bildirib ki, Rusiya və Ukrayna arasında sülh razılaşması tezliklə əldə olunmalıdır.
Yeniavaz.com
xəbər verir ki, Marko Rubio Vaşinqtonun vasitəçilik fəaliyyətini davam etdirib-etdirməmək məsələsini nəzərdən keçirdiyini vurğulayıb.
"Nəticə verməsələr, biz bu səylərə vaxt və resurs ayırmağa davam edə bilmərik. Keçən həftə əsasən tərəflərin bir-birinə nə dərəcədə yaxın olduğunu və bizim davamlı vasitəçiliyimizi təmin edəcək qədər irəliləyib-irəliləmədiklərini öyrənməyə çalışırdıq", — deyə Rubio qeyd edib.
Bununla belə, o, Donald Tramp administrasiyasının bu istiqamətdə irəliləyişi nə qədər gözləməyə hazır olduğunu açıqlamayıb.

DİGƏR XƏBƏRLƏR

Top