
İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Livanın paytaxtı Beyrut şəhərinin cənub ətrafındakı Hadas qəsəbəsinə hücum edərək, “Hizbullah”a aid olduğu ehtimal edilən silah və sursat anbarına raket zərbəsi endirib.
Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, yer hədəfinə azı iki raket atılıb.
Hava hücumu yerindən qatı tüstü sütunu səmaya qalxıb.
Yanğınsöndürən maşınlar və xilasetmə qrupları hazırda Beyrutun cənub ətrafına doğru gedir.