Türkiyənin nəhəng logistika şirkəti fransızlara satılıb


Türkiyənin böyük sənaye şirkətlərindən biri olan “Borusan Holdinq” logistika sahəsində fəaliyyət göstərən “Borusan Supply Chain Solutions and Technology” şirkətini 440 milyon dollara satıb.
Yeniavaz.com
xəbər verir ki, səhmlərin ötürülməsi barədə açıqlama İctimaiyyəti Məlumatlandırma Platformasında (KAP) yayımlanıb.
Bildirilir ki, satış çərçivəsində “Borusan Yatırım”ın sahib olduğu 30,53% və “Borusan Holdinq”in sahib olduğu 69,47% payların hamısı Fransanın nəhəng “CMA CGM” şirkətinin törəmə şirkəti olan “CEVA Corporate Services”ə keçib.
Qeyd edək ki, “Borusan Qrup”unun logistika sahəsində digər fəaliyyət göstərən şirkəti “Borusan Limanı” isə Qrup daxilində fəaliyyətini davam etdirəcək. Səhmlərin köçürülməsi prosesi Rəqabət Şurasının təsdiqindən sonra tamamlanacaq. Satış müqabilində 440 milyon dollar məbləğində ödəniş, adi xalis pul və dövriyyə kapitalına düzəlişlər edilməklə səhmdarlara nağd şəkildə veriləcək.
“CEVA Logistics” hazırda 170-dən çox ölkədə 1500-dən çox obyektdə təxminən 110 000 işçi ilə fəaliyyət göstərir və 2024-cü il dövriyyəsini 18,3 milyard dollar olaraq açıqlayıb. Şirkət dəniz, quru, hava və logistika sahələrində geniş xidmət şəbəkəsinə malikdir.

DİGƏR XƏBƏRLƏR

Top