İqnat Kuzin generalı öldürdüyü üçün 18 min dollar alacağını bildirib – TASS


Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini generalı Yaroslav Moskaliqin öldürülməsi ilə bağlı təhqiqat davam edir.
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, Rusiya Federasiyası İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenkonun verdiyi məlumata görə, İqnat Kuzin terror aktı törətməkdə, partlayıcı maddələrin və qurğuların qanunsuz dövriyyəsi və istehsalı maddələri ilə ittiham olunub.
İstintaqın gedişində Kuzin Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) əməkdaşları tərəfindən pul müqabilində işə cəlb olunduğunu etiraf edib. O, konkret tapşırıqlar aldığını və qarşılığında ona 18 min dollar məbləğində ödəniş vəd olunduğunu bildirib.

DİGƏR XƏBƏRLƏR

Top