
İranın Şəhid Rəcai limanında partlayışa bərk raket yanacağında istifadə edilən natrium perklorat səbəb ola bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The New York Times” İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) bağlı mənbəyə istinadən məlumat yayıb.
Mənbə bu maddənin partlamasına nəyin səbəb ola biləcəyini dəqiqləşdirməyib.
Xatırladaq ki, şənbə günü səhər Fars körfəzi sahilində, Bəndər Abbas şəhəri yaxınlığında yerləşən Şəhid Rəcai limanında güclü partlayış baş verib. Son məlumatlara görə, azı 18 nəfər həlak olub, 750-dən çox insan yaralanıb. Partlayışın səbəbi hələlik rəsmi olaraq açıqlanmayıb.