Həmin qızları taksi sürücüsü evində gizlədirmiş – Yenilənib


Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, araşdırma Nazirlik tərəfindən nəzarətə götürülüb.

***21:00
“Paytaxtın Maştağa qəsəbəsində ailə üzvlərini məlumatlandırmadan itkin düşmüş kimi axtarışı aparılan 2008-ci il təvəllüdlü A.H və 2007-ci il təvəllüdlü R.H polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə tapılıblar”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, hazırda onların qaçma səbəbləri və digər təfərrüatları araşdırılır.
Xatırladaq ki, dayı qızı-bibi qızı olan iki yeniyetmə qız – 2008-ci il təvəllüdlü Aygün Bəhram qızı Hüseynova və 2007-ci il təvəllüdlü Reyhan Elşən qızı Hüseynova aprelin 16-da paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində itkin düşmüşdülər.

DİGƏR XƏBƏRLƏR

Top