
Quş əti, o cümlədən toyuq əti dünyada ən çox istehlak edilən ətlərdən biridir və çox vaxt digər heyvan ətlərindən daha az yağ ehtiva edir. Ancaq araşdırmalar göstərir ki, bu növ ətdən çox yemək xərçəng riskini , o cümlədən özofagus xərçəngi (qida borusu xərçəngi) riskini iki dəfədən çox artıra bilər.
Yeniavaz.com xəbər verir ki, İtaliyanın Milli Qastroenterologiya İnstitutunun mütəxəssisləri qida və içki vərdişləri ilə bağlı anket dolduran 5000-ə yaxın insanın məlumatlarını araşdırıblar.
Araşdırmanın nəticələri “Nutrients” jurnalında dərc olunub.
Alimlər nə qədər quş əti istehlak etməsindən asılı olaraq insanları dörd kateqoriyaya ayırıblar.
“Həftədə təxminən dörd porsiya olmaqla 300 qramdan çox yeyənlərin, həftədə 100 qramdan az yeyənlərə nisbətən xərçəngin bütün növlərindən ölmə ehtimalı 27 faiz çoxdur. Kolon, mədə və mədəaltı vəzi xərçəngi kimi mədə-bağırsaq traktının xərçənginə gəldikdə, risk iki dəfədən çox artır”, - araşdırmada qeyd olunur.