
“Barselona” Almaniya çempionu “Bayer”in mərkəz müdafiəçisi Conatan Tah ilə anlaşıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
Bildirilib ki, 29 yaşlı alman futbolçu bu yay Kataloniya klubuna keçəcək.
Qeyd edək ki, daha əvvəl Conatan Tah “Bayer”lə müqaviləsini uzatmayacağını açıqlamışdı. Futbolçunu “Real Madrid” və “Bayern Münhen” klubları da almaq istəyir.
Conatan Tah 2015-ci ildən “Bayer Leverkuzen”də çıxış edir, 398 oyunda 17 qol vurub və 13 məhsuldar ötürmə verib.
“Transfermarkt” portalı onun transfer dəyərini 30 milyon avro olaraq qiymətləndirir.