
Roma Papası Fransisk Böyük Məryəm Kilsəsinin qəbiristanlığında torpağa tapşırılıb.
Yeniavaz.com xəbər verir ki, dəfn mərasimi bir neçə kardinalın da olduğu kiçik bir dairənin iştirakı ilə baş tutub
Qeyd edək ki, Fransisk kilsədə dəfn edilən səkkizinci pontifik olub. Sonuncu belə dəfn XVII əsrin ikinci yarısında baş tutub. Kilsə Romada, yeddi təpədən birində – Esqulin dağında yerləşsə də, rəsmi olaraq Vatikanın nəzarəti altında hesab olunur.
Roma hakimiyyətinin məlumatına görə, mərasim zamanı Müqəddəs Pyotr meydanında və ətrafında 250 min insan olub. Bildirilir ki, daha 150 min nəfər tabutu Vatikandan dəfn yerinə gedən yol boyunca müşayiət edib.
Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin verdiyi məlumata görə, dəfn yeri bazar günü səhər tezdən ziyarət üçün hazır olacaq.