Uşaqlarda “dərs oxumaq məsuliyyəti”...


Hər dəfə dərsdən gələndən sonra telefon əlindən düşmür? Ya da dostları ilə futbol oynadığı üçün dərs oxumağı yaddan çıxarır?
Bu şikayətləri son vaxtlar, demək olar ki, hər evdən eşitmək olar. Əgər uşaq “dərs oxumaq məsuliyyətindən” qaçırsa, bu o uşağın artıq dərs oxumağa qarşı mənfi kökləndiyini göstərir.
Belə uşağa “Dərs oxu!” deyə xəbərdarlıq etmək isə sadəcə olaraq onu “dərs oxumaq məsuliyyətindən” daha da uzaqlaşdırmaq deməkdir. Məsələn, telefonda olarkən və ya dostları ilə futbol oynayarkən gələn “Dərs oxu!” xəbərdarlığı uşaqda, istər-istəməz, dərslərin onu ən sevdiyi işlərdən ayırması bəradə fikir formalaşdırır.
Digər tərəfdən, belə uşaqdan dərslərində hər hansı bir müvəffəqiyyət gözləmək də doğru deyil (əslində, uşağın dərslərində müvəffəqiyyət qazanmaması da onun “dərs oxumaq məsuliyyətindən” uzaqlaşması üçün bir səbəbdir).
Bir də əgər bu xəbərdarlıqlar bir nəticə vermirsə, bu, uşağınızın sizin xəbərdarlıqlarınızı dinləməməsinin nəticəsidir. Bu halda da xəbərdarlıqların davam etməsi valideynlə uşaq arasındakı ünsiyyətin zəifləməsi deməkdir. Buna görə də, uşağınızla əvvəlcədən razılığa gəlməli və ya uşağınızla dərslərinə qarşı maraq oyadacaq oyunlar təşkil etməlisiniz. Əgər dərs oxumaqla bağlı hər hansı bir xəbərdarlığa ehtiyacınız varsa, bu məsələdə uşağınızın müəllimindən kömək istəyə bilərsiniz.

Aygün Vəliyeva

DİGƏR XƏBƏRLƏR

Top