ABŞ-də keçmiş konqresmen 7 ildən çox həbs cəzası aldı


Nyu-York ştatının hakimi 2023-cü ildə ABŞ Nümayəndələr Palatasından qovulan respublikaçı Corc Santosu (R-NY) dələduzluq və şəxsiyyət oğurluğu ittihamı ilə 87 ay həbs cəzasına məhkum edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “NBC News” telekanalı məlumat yayıb.
Məlumata görə, məhkəmə həbs müddəti ilə yanaşı, 36 yaşlı Santosu 374 min dollar təzminat ödəməyə məcbur edib.
2024-cü ilin avqustunda Santos kampaniya vəsaitlərini şəxsi xərclərü üçün istifadə etməkdə, o cümlədən bahalı dizayner geyimlərinə minlərlə dollar xərcləməkdə günahını etiraf edib.
Bundan əlavə, Santos, işləməsinə baxmayaraq, pandemiya zamanı işsizlik müavinəti alıb.
Bundan əlavə, o, gəlirləri ilə bağlı Konqresə yalan məlumat verib.
2023-cü ilin sonunda Santos tarixdə Konqresin aşağı palatasından qovulan altıncı konqresmen oldu.

DİGƏR XƏBƏRLƏR

Top