Napoleonun qılıncı hərraca çıxarılır


Fransa imperatoru I Napoleona (1769-1821) məxsus, hakimiyyətinin əvvəlindən sonuna kimi saxladığı qılınc ilk dəfə hərraca çıxarılacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AFP agentliyi hərracın təşkil olunacağı “Drouot” hərrac evinin bəyanatına istinadla məlumat yayıb.
Məlumata görə, 1802-ci ildə Napoleon Fransanın Birinci Konsulu olduqda, Versal manufakturasının rəhbəri Nikolya-Noel Butedən şəxsi istifadə üçün qılınc sifariş edib.
Hərrac evi vurğulayıb ki, Napoleon imperator taxtına oturduqdan sonra da bu silahı hakimiyyətinin sonuna qədər saxlayıb.
O, taxtdan imtina etdikdən sonra qılıncını ən yaxın silahdaşlarından birinə, marşal Emmanuel de Qruşiyə verib.
“Silah 1815-ci ildən marşalın övladlarında saxlanılır və ilk dəfə açıq hərraca çıxarılır”, - hərrac evindən bildirilib.
Agentlik qeyd edir ki, Napoleonun sifarişi ilə Versal manufakturasında iki qılınc hazırlanıb. Hərraca çıxarılanla eyni olan ikinci qılınc Rusiyada Ermitaj Muzeyinin kolleksiyasındadır.
Mütəxəssislər lotun dəyərini 700 min avro ilə 1 milyon avro arasında qiymətləndirirlər.
Hərrac mayın 22-də Parisdə “Hotel Drouot” da keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top