
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb.
Bildirilib ki, Türkiyə prezidenti yaz aylarında sıx diplomatik səfərlər həyata keçirəcək.
May ayı üçün nəzərdə tutulmuş proqramda Azərbaycana səfər də var:
“Ərdoğan aprelin 29-da IV Hökumətlərarası Zirvə Görüşündə iştirak məqasədilə İtaliyaya gedəcək. Mayın 3-də Şimali Kipr Türk Respublikasında təşkil olunan TEKNOFEST-də iştirak edəcək. İyunda isə onun ABŞ-nin paytaxı Vaşinqtona gedəcəyi gözlənilir”.