
ABŞ Prezidenti Donald Tramp Romada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş ehtimalını istisna etməyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Papa Fransiskin dəfn mərasiminə uçmazdan əvvəl Ağ Evdə jurnalistlərə açıqlama verən Vaşinqton administrasiyasının rəhbəri danışıb.
Tramp İtaliya paytaxtında bir çox xarici liderlərlə görüşlər keçirəcəyini bildirib:
“Mən italyanlarla görüşəcəm, bəli”.
“Baş nazirinizlə?” – ölkə baçşısı jurnalistlərin birindən soruşdu. Lakin cavab olaraq ona bildiriblər ki, Zelenski ilə görüşünün olub-olmadığını soruşurlar.
“Ah, bunu deyirsiz... Bu mümkündür”, - prezident heç bir təfərrüat vermədən cavab verib.
Xatırladaq ki, sələfi XVI Benediktin taxtdan gedməsindən sonra 2013-cü ildən Roma Katolik Kilsəsinə rəhbərlik edən 266-cı Papa Fransisk aprelin 21-də vəfat edib. Dəfn mərasimi aprelin 26-da keçiriləcək. ABŞ, Brazilya və Fransa prezidentlər artıq gələcəkləri barədə məlumat verib. Tramp aprelin 26-da axşam Romadan ayrılaraq ABŞ-yə qayıdacaq.