“YouTube”da 20 ildə 20 milyardan çox video yüklənib


“YouTube”un 20 yaşı tamam olur.
Yeniavaz.com
xəbər verir ki, platforma bu münasibətlə yeni statistik məlumatlar paylaşıb.
Bildirilib ki, aprelin 23-də “YouTube”da ilk videonun yerləşdirilməsindən 20 il keçir: “Mən Zooparkda”, həmtəsisçi Caved Kərim tərəfindən San Dieqo Zooparkındakı fil sərgisi qarşısında çəkilmiş 19 saniyəlik klip.
Qeyd edilib ki, bu günə kimi 20 milyarddan çox video yüklənib.
“YouTube” bildirir ki, hər gün orta hesabla platformaya 20 milyondan çox video yüklənir. 2024-cü ildə istifadəçilər hər gün videolara orta hesabla 100 milyondan çox şərh qoyub. Keçən il “YouTube” videoları istifadəçilər tərəfindən gündə orta hesabla 3,5 milyarddan çox bəyənmə toplayıb.
Bundan əlavə, bu günə qədər “YouTube”da 300-dən çox musiqi videosu 1 milyarddan çox baxışa sahib olub.  Bu mərhələyə ən tez çatan beş musiqi videosu bunlardır: Adel - “Hello” (88 gün); Ed Şiran - “Shape of You” və “Despacito” - Luis Fonsi & Daddy Yankee (97 gün hər ikisi); “Mi Gente” J Balvin & Willy William (103 gün), Rosé & Bruno Mars - “APT” (105 gün).
 

DİGƏR XƏBƏRLƏR

Top