
Ermənistanın Sünik rayonunda erməni sərhədçi minaya düşərək ölüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Armlur” nəşri məlumat yayıb.
Hadisənin necə və hansı şəraitdə baş verdiyi açıqlanmır.
Ermənistanın İstintaq Komitəsi sərhədçinin ölümünün səbəbini açıqlamadan təsdiqləyib.
İstintaq Komitəsinin mətbuat xidmətindən bildirilib ki, faktla bağlı cinayət işi açılıb.